|
|
Balet Yaradıcılığı | Simfonik Yaradıcılığı | Kamera - Vokal Yaradıcılığı | F. Əmirov yaradıcılığı barədə fikirlər |
Kamera - Vokal Yaradıcılığı
Bәstәkarın parlaq,
emosional-gümrah tәrzli melodiyasının ürәyәyatımlılığı kamera-vokal lirikası
sahәsindә daha dolğun meydana çıxmışdır.
Demәk olar ki, vokal lirikası F. Әmirov üçün, bir növ, yaradıcılıq
laboratoriyası olmuşdur. Bu laboratoriyada onun yaradıcılığı üçün səciyyәvi olan
obrazlar, mövzu, faktura tipi, harmonik dil işlәnmişdir. Tәsadufi deyil ki,
bәstәkarın bir çox mahnıları ilə opera-dramatik vә instrumental yaradıcılığı
arasında bilavasitә sıx oxşarlıq var.
Bәstәkar
üç romans vә müxtәlif janrda iyirmi beşdәn artıq mahnı yazmışdır. Onların
içәrisindә “Koreyalının andı” (sözlәri S. Rüstәmindir) qәhrәmanlıq-vәtәnpәrvәrlik
mahnısını, “İki sahil” (sözlәri N. Dorizonundur) romapsını, tenor vә baritonla
simfonik orkestr üçun A. S. Puşkinin sözlәrinә yazılmış “Qış yolu” duetini vә Z.
Cabbarzadәnin sözlәrinә bәstәlәnmiş uşaq mahnılarını göstәrmәk olar.
“Gülum”, “Gülәrәm gülsәn” mahnıları; “Kor әrәbin mahnısı” yüksәk lirikanın
parlaq ifadәsidir. Hәmin mahnılar әslindә iki janrın – mahnı vә romans
nümunәlәrinin birlәşdirilmәsindәn ibarәtdir.
Bəstәkar romans vә mahnı janrlarına xas olan üslub xüsusiyyәtlәrini saxlayaraq
onları özünәmәxsus vә müasir sәslәnmә ilә dolğunlaşdırmaqla onlara özünün
fәrdilәşdirilmiş formasını verir. Bununla әlaqәdar olaraq bәstәkarın solo-vokal
lirikası sahәsindә istifadә etdiyi xalq-mahnı intonasiyaları xüsusilә mühüm rol
oynayır. Bu zaman milli tematika yenilәşdirilәrәk kütlәvi mahnı intonasiyaları
ilә, opera deklomasiyası vә reçitativliyi slementlәri ilә üzvi surәtdә
birlәşdirilir. İntonasiyanın ürәyәyatımlılığının әsas sәbәblәrindәn biri dә
ənənəvi xalq musiqisi ilә bәstәkarın üslubuna xas olan romantik coşğunluğun üzvi
şәkildә sintezlәşmәsidir. Bu intonasiya bütün melodik formanın plastikliyi və
uyuşqanlığı ilə yanaşı, bәstәkarın melodik tәfәkkürünün başlıca vә әn maraqlı
xüsusiyyәtlәrindәn birini tәşkil edir. F. Әmirovun kamera-vokal lirikasının heç
dә az әhәmiyyәtli olmayan digәr üslub xüsusiyyәti onun ifadә vasitәlәrini,
hәmçinin xalqın milli dilindәn mәnimsәdiyi ifadә vasitәlәrini qәnaәt vә
mәharәtlә seçmәk qabiliyyәtidir.
F. Әmirovun mahnı janrına tez-tez müraciәt etmәsi faktınıi özü bәstәkarın geniş
kütlәyә yaxınlaşmaq istәdiyini tәsdiq edir. Eyni zamanda bir çox mahnılar
bәstәkar tәrəfindәn janrın nәzәrә çarpacaq dәrәcәdә fәrdilәşdirildiyini, ona
psixoloji məna verildiyini göstәrir. Mәsәlən, bilavasitә xalq musiqisi ilә bağlı
olan vә milli-kütlәvi mahnı janrına yaxınlaşan “Toy mahnısı”, daha çox janrın
fәrdilәşdirildiyini göstәrәn, subyektivlәşdirilmiş vә psixoloji cәhәtdәn
dәrinlәşdirilmiş “Lay-lay” belәlәrindәndir. Ayrı-ayrı hallarda biz mahnı
janrının dramatik cəhәtdәn dәrinlәşdirildiyini də görürük (mәsәlәn, H. Cavidin
“Şeyx Sәnan” pyesinә yazılan musiqidәn alınmış “Kor әrәbii mahnısı”).
F. Әmirovun hәlә ilk romansları intonasiya-melodik materialın böyük ehtiyatı vә
dürüst seçilmәsi ilә diqqәti cәlb edirdi. Buna misal olaraq M. Y. Lermontovun
sözlәrinә yazılmış “Ulduz” romansını göstәrә bilәrik. Hәmin romans haqlı olaraq
böyük şairin sözlәrinә Azәrbaycan bәstәkarlarının yazdığı әn ifadәli
romanslardan biri kimi qiymәtlәndirilir. Lermontovun poeziyası F. Әmirovun
yaradıcılığında fәrdi, özunәmәxsus tәrzdә tәcәssum olunaraq milli ahәnglә
bәzәnmişdir. Artıq bu romansda (ikinci hissәdә) biz romantik cәhәtdәn coşğun,
lirik cәhәtdәn hәyәcanlı tәhkiyәnin, bir qәdәr sonra bәstәkarın opera uslubunun
sәciyyәvi cizgilәrinә çevrilә bilәcәk dramatizmin vә açıq ekspressivliyin tipik
nümunәsini görürük. F. Әmirovun bu ilk әsәri romansın janr әlamәtlәrnni
saxlamaqla yanaşı, milli-xalq üslub prinsiplәrinin xüsusi ardıcıllıqla hәyata
keçirilmәsi ilә dә fәrqlәnir. Poetik mәtnә hәssaslıqla әmәl edәn bәstәkar
romansını şerә xas olan müvaziliyi – keçә mәnzәrәsi ilә (Ulduz) cavabsız qalmış
mәhәbbәtin doğurduğu qәmli hissin müqayisәsinin saxlayır. Romansın xalis musiqi
kompozisiyası – üçhissәli forma da bununla bağlıdır. Şerin lirik sujeti üçün
sәciyyәvi olan obrazlı tәzad öz әksini iki emosional sahәnin müqayisәsindә –
birinci hissәdәki daha sakit, mahnı kimi oxunan vә ikinci hissәdәki
ariozolu-dramatik vәziyyәtdә tapmışdır.
F. Әmirovun vokal miniatürlәrinin müәyyən qrupunu Vətəni tәrәnnüm edәn lirik
mahnılar tәşkil edir. Tәrәnnüm “Azәrbaycan” mahnısında daha sәmimi vә dolğun
ifadә edilmişdir.
F. Әmirovun lirik mahnıları içәrisindә “Gülüm” qәzәlini xüsusi qeyd etmәk
lazımdır. Bu vokal miniatürdә bәdii ifadәnin inandırıcılığı daha çox lirik
tәhkiyәnin nәcib-ülvi tonu ilә müәyyәn olunmuş, bu ton isә mahnının bütün
musiqi-üslub xüsusiyyәtlәrinә tәsir göstәrmişdir. Bu da, hәr şeydәn әvvәl,
miniatürә xas olan ümumilәşdirmәdir vә bununla bәrabәr ahәngdar deklomasiyadır
ki, bunun da nәticәsindә bәzi intonasiyalar xüsusilә mühüm mәna әhәmiyyәti kәsb
edir. Mahnının başlanğıc melodiyası – onun bütün formasını müәyyәn edәn
hәyәcanlı “Aşiqәm” nidası buna misal ola bilәr. Tәmkinli vә incә lirizmlә qeyd
olunan mahnının ifadәli formasındakı çox şey Nizami şerinin әsasını tәşkil edәn
qәzәlin poetik forması ilә dә barlıdır.
Ü. Hacıbәyovun qәzәl ənənəlәrini davam etdirәn F. Әmirov bu janrı özünəmәxsus
tәrzdә dәrk etmiş, onu öz ifadә manerası ilә daha da zәnginlәşdirmişdir.
Belәliklә dә Nizaminin qәzәli F. Әmirovun vokal-qәzәlindә Ü. Hacıbәyovun
qәzәllәrindәn fәrqli olaraq, beytlәrә ayrılan mahnı formasında çox tәmkinli,
mülayim, təhkiyәli lirika ilә verilmişdir.
F. Әmirov Azәrbaycan xalq sәnәtinin mahir bilicilәrindәn biri idi. O, çoxlu xalq
mahnısını da nota köçürmüş vә işlәmişdir. Onun yaradıcılığı Azәrbaycan musiqi
sәnәtindә yeniliyi vә özünәmәxsus milli ahәngliliyi ilә seçilir. Görkәmli Ü.
Hacıbәyovun ənənəlәrini ustalıqla davam etdirmiş böyük sәnәtkar F. Әmirovun
әsәrlәri öz әlvanlığı, orijinallığı vә xәlqiliyi ilә
Azәrbaycan musiqi xәzinәsini
zәnginlәşdirmişdir.