Opera Yaradıcılığı

Balet Yaradıcılığı Simfonik Yaradıcılığı Kamera - Vokal Yaradıcılığı F. Əmirov yaradıcılığı barədə fikirlər

Simfonik Yaradıcılığı

F. Әmirovun simfonik әsәrlәri sayca və әhәmiyyәtinә görә onun yaradıcılığının mühüm hissәsini tәşkil edir. Bәstәkarın məzmun, janr vә xarakter etibarilә müxtәlif olan bu әsәrlәrindә onun fәrdi, özünәmәxsus üslubu aydın şәkildә özünü göstәrir.


Bәstәkar simfonik әsәrlәrindә hәm epikliyi, hәm fәlsәfi düşüncәni, hәm dramatik gәrginliyi, hәm dә tәravәtli janr gözәlliyini verməyә nail olmuşdur. Lakin obrazlı-emosional mәzmunun zәnginliyinә baxmayaraq bu әsәrlәrdә lirika özünün çoxcәhәtliliyi vә ekspressivliyi ilә daha çox diqqәti cәlb edir.


Simfonik yaradıcılıqda F. Әmirovun tarixi xidmәti ondadır ki, o, milli folklor musiqisinin bәdii formalarını Avropa tәfәkkür prinsiplәri ilә üzvi surәtdә әlaqәlәndirməyә sәy göstәrmiş vә bir çox halda buna nail olmuşdur.


F. Әmirovun simfonik muğamları folklor ənәnәlәri zәminindә yaranmış, dünya әhәmiyyәti kәsb edәrәk yüksәlmiş vә milli simfonizmin yeni müstәqil qolunu meydana gәtirmişdir. Özunün musiqi tәfәkkurünә arxalanan, xalq musiqisinin janr formalarından faydalanan F. Әmirov әsәrlәrindә mәha xalq kimi düşünәrәk öz ideyalarını, poetik tәsәvvür vә hisslәrini ifadә etmәklә bütün Şәrqdә simfonik musiqinin inkişafı üçün yeni yollar açmış vә bu janrın yüksәk bәdii nümunәlәrini yaratmışdır. Eyni zamanda bәstәkarın bәzi әsәrlәrindә fәrdi cizgilәrlә yanaşı (40-cı illәrdә yazılmış “Nizami” simfoniyasında olduğu kimi) klassik simfoniyalarla, onların әn sabit ənənəvi cizgilәri ilә dә sıx bağlılıq var. Simfonik әsәrlәrindә bәstәkarın musiqisinә xas olan obrazlı mәzmunun romantiklәşdirilmәsinә, poetiklәşdirilməsinә meyl dә qabarıq şәkildә özünü göstәrir. F. Әmirovun musiqisindә olan fәrdilnk, koloritin intensivliyi, folklor musiqisindәn aldığı tәkanın nәticәsi olan bәdii zәnginlik hәmişә aydın müşahidә edilir. Bunlar, hәr şeydәn әvvәl, romantik tendensiya ilә bağlıdır. Tәbiidir ki, simfonik yaradıcılıqda orkestrin bütün ifadә vasitәlәrinә çox gözәl yiyәlәnmiş Әmirovun ustalığı da dolğun şәkildә açılır.


F. Әmirovun hәtta ilk simfonik әsәrlәri – Nizaminin xatirәsinә hәsr edilmiş “Poema” vә “Böyük Vәtәn müharibәsi qәhrәmanlarının xatirәsinә” әsәri müәllifin epik, lirik-dramatik obrazlılığa meylini vә onun melodik ifadәlilik baxımından böyük istedadını aşkar etmişdir.


Simli orkestr üçün yazılmış “Nizami” simfoniyası F. Әmirovun görkәmli әsәrlәrindәn biridir. Bәstәkarın yaradıcılığında Nizami poeziyasına maraq hәlә gәnc yaşlarında meydana gәlmişdir. Şairin poeziyası fәlsәfi ideyaların dәrinliyi, zәngin obrazlılığı, mәnәvi zәrifliyi, lirik hisslәrin çoxcәhәtliliyi ilә onun diqqәtini cәlb etmişdi. F. Әmirov 1941-ci ildә konservatoriyada oxuyan vaxtlarda böyük şairin xatirәsinә hәsr etdiyi simfonik poemasını, 1943-cü ildә “Gülüm” qәzәl-romansını, 1947-ci ildә isә simli orkestr üçün “Nizaminin xatirәsinә” simfoniyasını yazmışdır. B. M. Qorodinskinin fikrincә, “Nizaminin xatirәsinә” simfoniyası bu qәbildәn olan gözәl әsәrlәrdәn biridir. Simfoniyadakı son dәrәcә zәriflik, ifadә incәliyi, sәslәnmә sәmimiliyi kamera-instrumental musiqinin impressionist zәrifliyi ilә assosiasiyalar doğurur vә sanki impressionizm ruhunda çәkilmiş şәkli xatırladır. Özünә qarşı son dәrәcә tәlәbkar olan bәstәkar simfoniya üzәrindә dәfәlәrlә işlәmiş, onun ikinci vә üçüncü redaksiyalarını yaratmışdır. Ümumittifaq radio vә televiziyası Böyük simfonik orkestrinin dirijoru, RSFSR-in xalq artisti Kennadi Rojdestvenski yazmışdır: “Simfonnya yeni müәllif redaksiyasında daha da tәkmillәşmişdir: lirik boyalar daha yumşaq vә incә, faciәli epizodlar daha aydın vә ciddi olmuşdur. Әsәr zahiri tәmtәrağı, tembr muxtәlifliyi ilә deyil (o, çox sadә vә ciddi yazılmışdır, bütün yük simli alәtlәrin üzәrinә düşür), bәdii obrazlar alәminә meyli, insan taleyi üzәrindә dәrin fikrә dalması ilә rәğbәt qazanır”. Mәşhur bәstәkar R. Şedrin isә öz tәәssüratını belә ifadә etmişdir: “Mәn bu әsәri onun dәrin fәlsәfiliyinә, mürәkkәb psixoloji obrazlar alәminә, hәzin ciddiliyinә vә incә melodik gözәlliyinә görә çox sevirәm...”
“Nizaminin xatirәsinә” hәsr edilmiş simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibәtlә yazılmışdır.


Simfoniyada Nizaminin ümumilәşmiş obrazı yaradılmışdır. Bәstәkar şarin obrazına ehtiramla yanaşır vә ona xüsusi münasibәt bәslәyir ki, bu da әsәrә sәmimilik, incәlik, gәnclik tәravәti, lirik hәrarәt vә romantik ruh verir. Eyni zamanda simfoniya özunün fәlsәfi mәnası vә lakonik ifadә tәrzi ilә diqqәti cәlb edir. Bu cәhәt son illәrdә yazılmış bir çox әsәrlәrin musiqisinә xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görә dә musiqidә ifadә olunan gizli hisslәr, düşüncәlәr, әhvalatlar da tәbii qavranılır.


Simfoniya dörd hissәdәn ibarәtdir. Ayrı-ayrı hissәlәrin formaları, bir çox inkişaf üsulları, şübhәsiz, klassik simfoniya ilә әlaqәnin olduğunu göstәrir. Simfoniyanın hissәlәrindәn qabaq dinlәyicini istiqamәtlәndirmәk mәqsәdilə Nizaminin әsәrlәrindәn götürülmüş poetik epiqraflar verilmişdir.


Simfoniyanın birinci hissәsi müqәddimә ilә başlayır. Әsәrdә epiqraf rolu oynayan mövzu özündә tәntәnәli vә ehtiraslı, emosional-dolğun başlanğıcı, fikir vә hissi birlәşdirir vә dahi şairin obrazı ilә assosiasiya yaradır.


Sonralar bu mövzu simfoniyada dәfәlәrlә sәslәnәrәk Nizaminin leytmotivi mәnasını alır (mәsәlәn, bu leytmotiv birinci hissәdә işlәnmәni әhatә edir, kodadan әvvәl verilir, üçüncü hissәdә reprizdәn әvvәl kәlir vә sonda tәntәnәli-himnvarı tәrzdә sәslәnir). Hәmin leytmotiv simfoniyanın bütün hissәlәrindә dәfәlәrlә verilmәklә musiqi inkişafının muәyyәn mәrhәlәlәrinә sanki yekun vurur.


Birinci hissәnin yığcam sonata alleqrosu üçün mövzuların intonasiya cәhәtdәn yaxınlığı sәciyyәvidir. Bu mövzular isә vahid obrazın müxtәlif tәrәflәrini – canlı, ekspressiv әsas partiyanın vә himnvarı kömәkçi partiyanın, habelә әsas әlaqәlәndirici partiyanın liriklәşdirilmiş variantını tәşkil edir.


Mövzuları müxtәlif harmonik vә orkestr boyalarında dәfәlәrlә göstәrәrәk bәstәkar onları tәhkiyә prosesindә dinamiklәşdirir vә belәliklə, dramatik kulminasiya nöqtәsinә çatdırır.


İşlәnmә hissәsi böyük hәcmli deyil; o, kömәkçi partiyaya әsaslanır. Mövzunun cürbәcür polifonik dәyişikliyi, ostinatlığın tez-tez olması, dinamikliyin artması, vәznin qeyri-müntәzәmliyi musiqiyә gәrgin xarakter verir. İxtisar edilmiş reprizdәn sonra (burada kömәkçi partiya yoxdur) koda gәlir. Kodada Nizaminin leytmotivi sәslәnir.


Skertsodan ibarәt olan ikinci hissә dinlәyicinin diqqәtini zәrif valsın yaratdığı işıqlı, qayğısız atmosferә cәlb edir.
Bu hissәnin ilhamlı, poetik musiqisi xüsusi sәrbәstliyi ilә diqqәti cәlb edir. Azәrbaycanda vals janrını simfoniyaya (özü dә belә yüksәk poetik sәviyyәdә) ilk dәfә F. Әmirov daxil etmişdir.


Üçüncü hissә dәrin lirik düşüncәlәrdәn ibarәtdir. Nizaminin qәzәlindәn epiqraf kimi götürülmüş misralar bu hissәnin әsas mәnasını açır. Belәliklә dә bu hissәdә könüllәri fәqh edәn, poetik, ülvi mәhәbbәt, fәdakarlıq, dәrin obrazlı fikir tәcәssüm etdirilir. Dinamiklәşdirilmiş reprizdә (skertso üçhissәlidir) әsas obrazın tәsdiqi kimi, әsәrin ideyası-tezisi olan Nizaminin leytmotivi yenidәn sәslәnir.
Rondo formasında olan dördüncü hissә bütun әvvәlki musiqini vahid, ümimilәşmiş obrazda cәmlәşdirir. Son hissənin canlı, coşğun musiqisindә iki mövzu üstünlük tәşkil edir: pasaj xarakterli müqәddimə vә Nizaminin leytmotivinin dәyişdirilmiş intonasiyalarına әsaslaıan aparıcı mövzu.
Dördüncu hissәdә simfoniyanın әvvәlki hissәlәrindәn birinci (işlәnmә) hissәsinin başlanğıcından, musiqiyә ümumilәşdirici xarakter verәrәk bütün silsilәdә xüsusi bütövlük, vәhdәt yaradan ikinci hissәnin müqәddimәsindәn alınmış mövzular yenidәn sәslәnir. Son hissәnin geniş dinamiklәşdirilmiş kodası Nizami mövzusu әsasında şairin dahiliyinin tәsdiqi kimi verilir.


Simfoniya simli alәtlәr üçün yazılmışdır. Lakin orkestrin eynicinsli tәrkibә malik olmasına baxmayaraq әsәrin musiqisi boyaların rәngarәngliyi, materialın dinamik, intensiv inkişafı, harmoniya dilinin әlvandığı, struktur qanunauyğunluqların aydınlığı ilә fәrqlәnir.


1963-cü ildә simfoniya hans Roxnerin idarәsi ilә Leypsiq radiosu simfonik orkestri tәrәfindәn böyük müvәffәqiyyәtlә ifa edilmişdir. 1964-cü ildә F. Әmirov simfoniyanın yeni redaksiyasını işlәmiş vә әsәr hәmin ildә Moskvada, daha sonra Londonda sәslәnmişdir. Londonda F. Әmirovun “Nizami” simfoniyası ilә yanaşı, D. Şostakoviçin VIII simfoniyası vә S. Prokofyevin fortepiano ilә orkestr üçün 3-cü konserti dә ifa edilmişdir.

 

Simfonik Muğamlar

F. Әmirovun simfonik muğamları professional şifaha ənənə formasını bәstәkar yaradıcılırı sahәsindә hәyata keçirmәk yolunda mühüm mәrhәlә olmuşdur.


İki tip musiqi tәfәkkürünün – xalq (muğam) ilә Avropa musiqisinin sintezi kimi meydana gәlәn simfonik muğamlar eyni zamanda, milli simfonizmi dünya incәsәnәtnnin geniş meydanına çıxarmışdır. Bir-birinә zidd musiqi sistemlәrinin tam bәdii sintezinә nail olan F. Әmirov o vaxta qәdәr mәlum olmayan daha bir janr üslubunu әmәli cәhәtdәn tәsdiq etdi. F. Әmirovun simfonik muğamları ümumavropa simfonizminin tәsiri altında ənənəvi milli formalardan “ayrılaraq” özünәmәxsus üslub vә konstruktiv xüsusiyyәtlәri olan obrazlı-dramaturji konsepsiyaya malik müstәqil janr әmәlә gәtirir. Mәlum olduğu kimi, muğamlarda musiqi obrazlarının tәşәkkülünün öz mәntiqi qanunauyğunluqları vardır. Onların әn mühüm prinsipi lad dәyişkәnliyidir; mәhz lad dәyişkәnlnyi muğamın bütün intonasiya-melodik quruluşunu tәşkil edir. Rәngarәngliyә vә obrazların tәfsirindә fasilәsiz yeniliyә meyl dә intonasiyaların zәncirvarı bağlılığından ayrılmazdır. Nәtiсәdә demәk olar ki, muğamın bütün bәdii spesifikasını tәzadla yanaşı (yenilәşmәyә meyl) mәhz zәnсirvarılıq prinsipi müәyyәn edir.


F. Әmirovun yaradıcılığında muğam üslubunun әsas prinsiplәri simfonizm qanunlarına tabe olmaqla bәrabәr bir az da güclәnmiş, belәliklә dә tamamilә yeni üslub vә yeni janr meydana gәlmişdir. Qarşısına qoyduğu mәqsәdә yaradıcı münasibәt bәslәyәn F. Әmirov silsilәdә bir-biri ilә tәmas nöqtәlәri, müәyyәn әlaqәlori olan iki tamamilә müstәqil әsәri birlәşdirmәklә dulogiya yaratmışdır.


“Şur” geniş yayılmış Azәrbaycan muğamlarından biridir. Onun musiqi-obrazlı mәzmununu lirika müәyyәn edir. Onda bәzi epik tәhkiyә vә dramatizm elementlәri dә vardır. “Kürd-ovşarı”nın obrazlı quruluşu, obrazlı alәmi “Şur”a yaxın olsa da, bir qәdәr başqa xarakterlidir. Bu muğamda canlı, dinamik mahnı, rәqs lirikasının alәmi daha çox üstünlük tәşkil edir. Lad-intonasiya yaxınlığını, lirika çәhәtdәn müәyyәn әlaqәni әsas götürәrәk. F. Әmirov bu iki muğamı bir-birini tamalayan iki hissә kimi birlәşdirir.


F. Әmirovun dulogiyasında “Şur” aparıcı, müәyyәnedici yer tutur, “Kürd-ovşarı” isә tabe vәziyyәtindәdnr, “Şur”un davamı kimi şәrh edilir. Bәstәkar dulogiyanın hissәlәrini mümkün qәdәr daha çox vәhdәtә gətirmәyә çalışarkәn xalq muğamlarında lad-tonal әsasına, ilkin rekistrә vә s. qayıtma kimn mәlum prinsiplәrlә yanaşı, ümumavropa simfonik tәfәkkür tәrzi üçün xarakterik olan üsullardan – prinsiplәrdәn dә istifadә edir. Mәsәlәn, әsәrdә lad-tematik elementlәrin, melodik әlaqәlәrin, leyttembrin ümumiliyi prinsipindәn istifadә olunur. Burada әn әvvәl “Şur”dan alınmış başlanğıc melodik ifadәnin leytmotiv rolunu göstәrmәk lazımdır. Hәmin mövzu klarnetin tembri ilә sәslәnәrәk dulogiyada bir necә dәfә tәkrar olunur vә әsәri tamamlayır.


Muqәddimәdәn alınmış melodiya “Kürd-ovşarı”nın kodasında tәkrar olunaraq ilk muğam olan “Şur”un musiqi obrazlı mәzmununu dinlәyicinin fikrindә möhkәmlәdir. Bunun sayәsindә “Kürd-ovşarı”nın kodası bütün dulogiyanın yekunu kimi qavranılır.


F. Әmirovun “Şur” muğamına xalq muğamının aşağıdakı ənənəvi bölmәlәri daxildir: “Şur”, “Şur-şahnaz”, “Bayatı” (bu bölmәdә bәstәkar xalq arasında yaşayan “bayatı”nın bir necә növünün intonasiya tәrkibindәn istifadә edir), “Әraq”, “Simayi-şәms”.


“Әraq” istisna olmaqla improvizasiya xarakterli hәr bölmәdәn sonra rәng vә ya tәsnif gәlir.


“Şur” simfonik muğamının musiqi-obrazlı mәzmununu әsasәn lirika tәşkil edir. Lakin F. Әmirov öz “Şur”una çox vaxt daha әzәmәtli. Epik xarakter verir.


“Şur” simfonik muğamı müqәddimә ilә – әzәmәtli tәhkiyә xarakterli musiqi ilә başlanır. O, әslindә simfonik muğamın әsas bölmәsinin proloqudur. Proloqun musnqisi orijinaldır, müәllifә mәxsusdur. O, “Şur” muğamının sәciyyәvi melodik ifadәlәri ruhunda yaradılmışdır. Lakin bir mühüm keyfiyyәt onu xalq musiqisindәn fәrqlәndirir – mahiyyәt etibarilә muğam olan mövzu burada tipik homofon üslublu üçhissәli forma (Müqәddimә) şәklinә düşür, әsas mövzuya qayıtıa, bağlanma funksiyası daşıyaraq bitkin bölmә kimi, Müqәddimәni sonrakı bölmәdәn dәqiq ayırır. Elә buradaca qeyd etmәliyik ki, Mütәddimәnin intonasiyalarının – xüsusilә başlanğıc vә kadensiyalı ifadәlәrin rolu bütün “Şur”da son dәrәcә әhәmiyyәtlidir.


Müqәddimәnin mövzusunun әsasında “Şur”un tonikasının yuxarı kvartası (simi) durur. Müqәddimәdәn sonra gәlәn әsas bölmә (muğam ifaçılığında ona “mayeyi-şur” deyilir) sanki Müqәddimәnin kulminasiya nöqtәsindәn başlanır. Belәliklә, müәyyәn mәsafәdә zәncirvarı intonasiya әlaqәsi yaradılır. “Şur” bölmәsinnn epik müqәddimәsinin orkestrdә eksperssiv tutti şәklindә sәslәnәn xalq muğamlarının kadensiya havacatları әvәz edir.


Mayәnin әn yüksәk nöqtәdәn, “zirvә-mәnbә”dәn başlanması xalq “Şur”una birbaşa oxşarlıq yaradır. Bütün “Mayeyi-şur” bölmәsi üç mәrhәlәdәn ibarәtdir. Hәmin mәrhәlәlәrdә xalq ifaçılıq ənənəlәri әks olunmuşdur. Xalq muğamlarında, adәtәn, instrumental müqәddimәdәn sonra solist müğәnni çıxış edir. F. Әmirovun muğamında da dәqiq vәznli tutti orkestr bölmәsindәn sonra bir qәdәr improvizasiya xarakterli orta bölmә gәlir. Burada müşayiәtin aydın fonunda klarnet solo çalır. Belәliklә, F. Әmirovun muğamının başlanğıcında iki lay nәzәrdә tutulur: vәznli-homofon vә improvizasiya.


“Mayeyi-şur”un son belmәsindә Müqәddimә mövzularının intonasiyaları “Şur”dan alınmış ritmik tәsvirlәrlә yekunlaşdırılır. İkinci çümlәdә bir dә rekistr baxımından yekunlaşdırılan butün ekspozisiyanın sәrbәst, orijinal reprizi belә formalaşır. Belәliklә, xalq musiqisi köklәrinә malik olan üç mәrhәlә burada üç hissә ilә birlәşir vә F. Әmirovun muğama yaradıcı münasibәtini aşkara çıxarar ki, bu da indiki halda mütәnasibliyә riayәt olunduğunu göstәrir. Bundan başqa, “Şur” (mayә) şötbәsindә növbәti tematik material olan tәsnifә intonasiya-melodik vә ritmnk hazırlıq, yәnn inkişafın istiqamәti hiss edilir; şübhә yoxdur ki, bu da tәfәkkurün simfonizmini göstәrir.


Tәsnif simfonik muğamın birinci böyük bölmәsini tamamlayır. Onun başlıca dramaturji mәqsәdi әvvәlki vә sonrakı epizodlarla obraz və janr cәhәtdәn tәzad yaratmaqdır. Tәsnifin mahnı-rәqs xarakterli, bir qәdәr skertsolu melodiyası ikihissәli quruluşa malikdir, özü dә xalq ifaçılığı tәcrübәsindә olduğu kimi, burada da mahnı-nәqәrat prinsipi tәtbiq edilmişdir. Tәsnifin sonunda fikrin tamamlanması bizә bütün bölmәyә süitanın bir hissәsi kimi baxmaq imkanı verir.


“Şur-şahnaz” – simfonik muğamın geniş, әhatәli bölmәlәrindәn biridir. Bu iri üçhissәli quruluşuı birinci vә üçüncü hissәlәri sәrbәst improvizasiya xarakterindәdir, rәng kimi işarә edilmiş orta hissәsi isә “Ay qadası” xalq mahnısına әsaslanır.


Mәhz “Şur-şahnaz”da bir irәlilәyiş (tonikanın yuxarı kvartasına doğru) baş verir. Hәmin irәlilәyiş muğamın bu bölmәsini başqalarından fәrqlәndirir. “Şur-şahnaz” tematik materialın әlvanlığından irәli gәlәn daxili modulyasiyası ilә dә seçilir. “Şur-şahnaz” quruluş etibarilә iki hissә vә kodadan ibarәtdir. Lirik epizod әslindә müstәqil bölmәdir, çünki burada yeni tonika var.


Bayatı bölmәsindә bir qәdәr başqa sahәyә – bura qәdәr üstünlük tәşkil edәn lirikadan forqli olaraq daha mәrdanә – dramatik sәslәnәn eposa dönüş baş verir. Mövzuların müxtәlifliyi vә onların tez-tez dәyişmәsi janr sahәsini dә zәnginlәşdirir.


“Әraq” muğamın әn epik, reçitativ-deklomasiya xarakterli oölmәsidir. Buna baxmayaraq hәtta bu bölmәdә dә lirika yenә özünü göstәrir. Bu bölmәdә әn yüksәk registrdәn istifadә olunmuşdur. Muğamın lad vә reprizini hazırlayan tosnifin (“Evlәri var xanә-xanә” mahnısı) intonasiyalarının tәkrarı ilә “Әraq”la “Bayatı” bölmәlәrinin intonasiya әlaqәsi yaradılır.


Maraqlıdır ki, hәlә tәsnifә qәdәr muğamın reprizi üçün intonasiya hazırlanır vә bu da bәstәkar tәfәkkürünün simfonikliyini bir daha tәsdiq edir.
Simfonik muğamın әn yüksәk nöqtәsi “Simayi-şәms” bölmәsidir. “Simayi-şәms” rәng vә tәsnifi әvәz edir. O, simfonik muğamda lad reprizidir (burada tonika – mayә bir oktava zil sәslәnir). “Simayi-şәms”in musiqisi dәqiq vәznlidir. İkixanәli ostinat baş motivi (“Şur”un mayәsindәn götürülüb) әvvәldәn axıradәk bütün “Simayi-şәms” bölmәsindә sәslənməklə xalq muğamlarındakı zәrb alәtlәrini xatırladır.


Ostinatlı motiv fonunda ksilofon vә zınqırovların kanonu keçir. Zәrbi muğamdan alınmış kanon mövzusu “Simayi-şәms”dә üç dәfә – әvvәldә, ortada vә axırda (bir qәdәr sonra isә “Kürd-ovşarı” muğamında da) sәslәnir. Kanon, ostinatlı havacatın tutti şәklindә sәslәnmәsi ilә әvәz olunur. Demәk lazımdır ki, ayrı-ayrı çalğı alәtlәri qruplarının tuttilәrlә növbәlәnmәsi muğamda bir priyom kimi işlәnir. Koda Müqәddimәdәn alınmış muğam mövzusu ilә tamamlanır.


Belәliklә, lad sintezinin ardınca bәstәkar tematik ümumilәşdirmә verir. Dәrk olunmuş reprizlilik muğama bәdii bütövlük vә bitkinlik gətirir.
“Şur” simfonik muğamı, hissәlәri iri bölmәlәrә ayrılan süitadır. Xalq muğamlarının bölmәlәrinә uyğun gәlәn bu bölmәlәrin onlardan fәrqli olan öz funksiyası vardır. Fәrq, hәr şeydən әvvәl, sabit vәznli bölmәlәrә aiddir ki, onların da funksiyası F. Әmirovun muğamında xeyli artır. Әsas, çox muhum dramaturji “yükü” dә mәhz onlar daşıyır – ya bölmәni bitirir, ya da onu inkişaf etdirir. Mәhz onların vasitәsilә simfonizm cizgilәri lad-intonasiya ümumilәşdirilmәsi, intonasiya әlaqәlәri (improvizasiya mahiyyәti janrda) hәyata keçirir.


F. Әmirov muğamı simfoniklәşdirir vә bu yolla da vaxtı ilә Ü. Hacıbәyovun “Koroğlu” operasında әldә etdiyi kimi, sintezin üzviliyinә, bәdii bütövlüyә nail olur.


Dulogiyanın ikinci hissәsi kimi F. Әmirovun tәqdim etdiyi “Kürd-ovşarı” simfonik muğamında bәstәkar, başlıca olaraq sәrbәst-improvizasiya uslubunu vәznli muşayiәtlә birlәşdirәn zәrb muğamlara әsaslanır.


“Kürd-ovşarı” dörd bölmәdәn ibarәtdir: “Ovşarı”, “Şahnaz”, “Kürdi”, “Maani”. Onlardan әslindә bircә “Şahnaz” muğam uslubludur, qalan üç bölmә isә zәrbli muğamlar, ya da onların bәnzәridir. “Kürd-ovşarı” simfonik muğamında yalnız bir tәsnif vardır.


Müqәddimә xalq mahnısı mövzusuna әsaslanır. O, trubalarla simli alәtlәrin ritmik cәhәtdәn dәqiq muşayiәti fonunda solo çalan klarnetin lәng lirik melodiyası ilә başlanır. Obraz, әsasәn, alәtlәrin vә nüansların fәal daxil edilmәsi sayәsində tәdricәn dinamiklәşdirilir.


Növbәti “Ovşarı” bölmәsi özünәmәxsus rondodur. Orkestrin tuttisi ilә qәdim aşıq mahnılarından – Ovşarıdan alınmış dәramәdin mövzusu hәmin bölmәnin refrenidir. Refrenә “Şur” muğamının “Simayi-şәms” bölmәsiıdәn alınan ritm vә tembr cәhәtdәn tәzәlәnmiş variant әlavә olunur. Tanış materialın tәzәlәnmiş şәkildә tәtbiqi tәhkiyәni tәbii olaraq zәnginlәşdirir. “Ovşarı”nın epizodları – birinci epizod, trubanın çaldığı muğam melodiyasıdır ki, “Şur”dan götürülmüşdür vә ikinci epizod (klarnetin solosu) xalq instrumental mövzuları әsasında qurulmuşdur – eyni zamanda “Ovşarı”nın bütün rondo formasının yekunu rolunu da oynayır.


“Tәsnif” lirik xarakterlidir, ahәngdardır vә әsl xalq mahnısı әsasında yazılmışdır. “Ovşarı” ilә tәzadı mәzmun-lirik mahnının tәhkiyә xarakteri nәzәrә çarpdırır.


Bәstәkarın öz melodiyası ilә davam etdirilәn xalq mahnısının mövzusu burada dәqiq üçhissәli forma kimi bitkin şәklә düşür.


“Şahnaz” xalq ifaçılıq tәcrübәsindә muğam kimi mәlumdur. F. Әmirov da ondan “Kürd-ovşarı”da bu mәnada istifadә edir. Bütövlükdә bölmәnin dinamik musiqisinә kiçik epizodlu lirik mövzu da daxil olur. Burada lad mәrkәzi kvinta yuxarı köçürülur. Bütün “Şahnaz” bölmәsinin әn yüksәk nöqtәsi “Şur” muğamından (dulogiyanın birinci hissәsindәn) alınmış “Şur-şahnaz”ın materialı üzәrindә qurulur. Lakin bu material bir qәdәr yenilәşdirilir, daha ifadәli şәklә salınır. Qoboyun improvizasiyası “Şahnaz” bölmәsini bitirәrәk növbәti “Kürdi” bölmәsinә gətirir.


“Kürdi” xalq toy melodiyasına әsaslanan kiçik bölmәdir. F. Әmirov hәmin melodiyanı son dәrәcә koloritli orkestrovka ilә zәnginlәşdirmişdir.
“Maani” muğamın son bölmәsidir. “Maani”niı obrazlı mәzmunu bayramsayağı marş tәrzindә sәslәnәn refrenlә müәyyәn oluiur. Birinci epizod refrenә yaxındır, ikinci isә onunla tәzad tәşkil edir. İkinci epizodda polifonik inkişaf xüsusilә maraqlıdır. Belәcә, “Şur” muğamının “Simayi-şәms” bölmәsindәn alınmış kanon yenidәn tәkrar olunur, bununla birlikdә kanona muğam improvizasiyaları ruhunda әlavә melodik xәtt dә aparılır. “Maani” öz lad әsasında bayram-sayaqı refrenlә bitir.


Koda-repriz inkişaf xәttini ümumilәşdirәrәk bütün dulogiyanın obrazlı-emosional mәzmununu tәsdiq edir.


Q. Qarayev F. Әmirovun simfonik muğamları haqqında yazmışdır: “F. Әmirovun yaradıcılıq işinin mәziyyәti ondadır ki, o, xalq dühasının әsrlәrlә yaratdığı bütün xüsusiyyәtlәri saxlamaqla bәrabәr, muğamlara yeni mәzmun verә bilmişdir. Ölmәz musiqi poemaları onun tәfsirindә yeni şәkildә sәslәnir. Әmirov öz vәzifәsini dәrindәn dәrk edәrәk zәngin mәzmunlu, xәlqi dilli, orijinal formalı simfonik әsәrlәr yaratmışdır.


“Disk” (Fransa) musnqi jurnalı yazmışdır: “Şur” muğamında musiqi sәnətinin bütün әsl böyük әsәrlәrinә xas әzәmәt vә hәqiqәt vardır.
Belә gözәl partituraların yaradılmasında F. Әmirovun simfonik orkestrdәki, demәk olar, bütün çalğı alәtlәrinin solo çalmaq prinsipini tәtbiq etmәsk mühüm rol oynamışdır. Bunun sayәsindә muğamlar, bir növ, orkestr üçün özünәmәxsus konsert әhәmiyyәtini kәsb edir.