|
HƏYATI
|
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində
tanınmış bəstəkar, müğənni və tarzən, Mir Möhsün Nəvvabın
(1833-1918) musiqi məclislərinin təsiri ilə formalaşmış
Məşədi Cəmilin (1875-1928) ailəsində anadan olmuşdur. Məşədi
Cəmil Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda
ifaçı-musiqiçi, sonralar isə müəllim kimi məşhur idi. O, ilk
dəfə doğma şəhərində musiqi məktəbi təşkil etmiş, daha sonra
həmin məktəbin rəhbəri olmuşdur. Təbiidir ki, atası gələcək
bəstəkarın tərbiyəsinə və musiqi qabiliyyətinin inkişafına
böyük təsir göstərmişdir. |
 |
|
|
Məşədi Cəmil |
|
|
 |
O, musiqini, ədəbiyyatı, tarixi çox sevirdi. Artıq 10 yaşında
olarkən tarda gözəl ifa edirdi, konsertlər verirdi. Xalq mahnılarına
məhəbbət onun şəxsiyyət və dahi bəstəkar kimi yetişməsinə böyük
təsir göstərib.
Fikrət Əmirov ilk musiqi təhsilini Kirovabad (Gəncə) musiqi məktəbində almışdır.
Oranı bitirdikdən sonra, o, Bakıya köçüb, orta ixtisas musiqi məktəbinin
bəstəkarlıq sinfində oxuyub. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına,
professor B.İ. Zeydmanın bəstəkarlıq sinfinə daxil olmuşdur.
|
Konservatoriyadakı təhsil illərində professor Zeydmanın rəhbərliyi ilə
musiqinin incəliklərinə yiyələnir. Eyni zamanda ölməz Üzeyir Hacıbəyovun
yaradıcılığı ilə dərindən tanış olur. Özünün yazdığı kimi, onun
yaradıcılığına həm də məşhur bəstəkar Çaykovskinin böyük təsiri olmuşdur.
“Bu əsəri yazdığım ,
yaratdığım müddətdə mən öz üzərimdə iki dahi bəstəkarın təsirini açıq-aydın
hiss edirdim:Üzeyir bəy və Çaykovski.
(Buradan siz F.
Əmirovun öz səsi ilə Ü. Hacıbəyov haqqında olan fikirlərini dinləyə bilərsiniz)
Məhz Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını, onun
insani xüsusiyyətlərini, Çaykovskinin yaradıcılığını dərindən dərk edərək mən öz
operamda (söhbət “Sevil” operasından gedir) bu iki başlanğıcın qovuşmasına nail
oldum”.
Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı
bəstəkar kimi tanınmışdı; “Ürək çalanlar” (M.S. Ordubadi), və “Gözün aydın” (M.
Əlizadə) operettalarına musiqi bəstələmiş, fortepiano əsərləri, variasiyalar
yazmışdı.
Böyük Vətən müharibəsi Fikrət Əmirovun təhsilini yarımçıq qoyur; bir çox
incəsənət xadimləri kimi o da döyüşən orduya gedir. O, Varonej cəbhəsində
vuruşur.
1943-cü ildə müharibədə kontuziya aldığı üçün ordudan tərxis olunub Bakıya
qayıdır, 1944-cü ildə konservatoriyada təhsilini davam etdirir və 1948-ci ildə
oranı bitirir. Fikrət Əmirovun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir
hissəsi musiqi mədəniyyətimizin inkişafına, onun daha da şöhrətlənməsinə həsr
olunur.
Fikrət Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C.
Cabbarlının, M. Hüseynin, S. Vurğunun, İ. Qasımovun və başqa dramaturqların
pyeslərinə musiqi yazmışdır.
Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq
görülmüşdür bunlardan SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət
mükafatı laureatı, SSR EA müxbir üzvü.
O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi,
SSRİ Ali Sovetinin deputatı olmuşdur. F. Əmirov bir neçə il Azərbaycan opera və
Balet teatrına rəhbərlik etmişdir. Milli musiqi sənəti qarşısındakı böyük
xidmətlərə görə ona Lenin ordeni kimi yüksək mükafat verilmişdir.
Fikrət Əmirov 1947-ci ildə “Nizami” simfoniyasını, 1948-ci ildə “Şur” və
“Kürd-ovşarı” simfonik muğamlarını yazır. Bu simfonik muğamlara görə o, SSRİ
Dövlət mükafatına layiq görülür.
Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir.
|